Ey Peyğəmbər! Məgər göylərdə olan bütün mələklərin, və yerdə insan və cinlərdən mömin olanların, səmada olan günəşin, ayın, ulduzların, yer üzərində olan dağların, ağacların, heyvanların və bir çox insanların itaət edərək Uca Allah qarşısında boyun əyib səcdə etdiklərini və bir çox insanlarında Uca Allaha səcdə etməkdən imtina etdiyini bilmirsənmi?! Uca Allaha səcdə etməkdən boyun qaçıranlar, etdikləri küfrdən dolayı Allahın əzabına layiq olan kimsələrdir. Uca Allah kimi küfr və günahlarına görə alçaldarsa, heç kəs onu səadətə qovuşdura bilməz. Həqiqətən, Allah istədiyini edər. Kimsə Onu əsla istəmədiyi bir işə məcbur edə bilməz.