Şübhəsiz ki, Uca Allahı inkar edənlərə, insanların İslamı qəbul etməsinə mane olanlara, Hüdeybiyyə ilində müşriklərin etdikləri kimi insanların Məscidulharama daxil olmalarına izin verməyənlərə şiddətli əzab daddıracağıq. Biz bu məscidi, insanlar üçün namazlarında qiblə, həcc və ömrə ayinlərinin icrası üçün müqəddəs bir yer qıldıq. Oranı, Məkkənin yerli əhalisi və gəlmələr üçün eyni səviyyədə etdik. Kim orada haqqdan meyil edərək qəsdən günah etmək istəyərsə, ona ağrılı-acılı bir əzab daddırarıq.