Qoy insanlar günahların bağışlanması, savab əldə etmək və müsəlmanların həqiqətən də tək bir ümmət olması və s. bu kimi öz mənfəətlərinin şahidi olmaları üçün həccə gəlsinlər və məlum günlərdə, yəni: zülhiccə ayının onuncu günü və sonrakı üç gündə Allahın sizə ruzi olaraq verdiyi dəvə, inək və qoyun heyvanların üstündə Uca Allahın adını çəkərək (Bismilləh deyib) həmən heyvanlardan qurban kəssinlər. Bu həcc qurbanlarından həm özünüz də yeyin, həmdə ki, fəqir olan ehtiyac sahiblərinə ondan yedirdin!