Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Commentary explaining the meaning of the ayahs. One passage often covers several ayahs, so neighbouring ayahs can show the same text.

Azeri Mokhtasar tafsir for Surah Al-Hajj — Ayah 30

ذَٰلِكَۖ وَمَن يُعَظِّمۡ حُرُمَٰتِ ٱللَّهِ فَهُوَ خَيۡرٞ لَّهُۥ عِندَ رَبِّهِۦۗ وَأُحِلَّتۡ لَكُمُ ٱلۡأَنۡعَٰمُ إِلَّا مَا يُتۡلَىٰ عَلَيۡكُمۡۖ فَٱجۡتَنِبُواْ ٱلرِّجۡسَ مِنَ ٱلۡأَوۡثَٰنِ وَٱجۡتَنِبُواْ قَوۡلَ ٱلزُّورِ ٣٠
Sizə əmr edilənlər - başınızı qırxmaq, dırnaqlarınızı kəsmək, bədəninizi kirdən təmizləmək, özünüzə vacib etdiyiniz ibadətləri yerinə yetirmək və nəhayət Kəbə evini tavaf etmək - Uca Allahın sizə fərz buyurdugu hökmlərdir. Elə isə Allahın hökmlərinə hörmət və sayğı ilə yanaşın! Hər kim ihram libasında ikən Alla­hın haram buyurduqlarına hör­mət etdərək, Allahın qadağan etdiyi əməllərdən özünü qoruyub, saxlayarsa bu, Rəbbi yanında dünya və axirətdə onun üçün daha xeyirli olar. Ey İnsanlar! sizə, dəvə, inək və qoyun heyvanları halal edilmişdir. Uca Allah bu heyvanlardan sizə Hamidən (Bu da, belindən bir necə sayda dəvə doğulan erkək dəvədir), Bə­hi­rədən (Bu, müəyyən say bala verdikdən sonra qulaqları kəsilən dişi dəvədir), Və­siləndən (Bu, dişi dəvə doğduqdan sonra ardınca daha bir dişi dəvə doğan dişi dəvədir) və Quranda sizə oxu­nan leş və qandan başqa heç bir şey haram etməmişdir. Elə isə iyrənc və çirkin büt­lərdən uzaq durun. Uca Allah adından və yaratdıqları adından yalan söyləmək­dən və hər bir batil sözdən çəkinin.