Məscidulharama qurbanlıq olaraq göndərdiyiniz dəvə və inəyi də sizin üçün dinin ayinlərindən və əlamətlərindən biri etdik. Bu heyvanlarda sizin üçün dini və dünyəvi mənfəətlər vardır. Dəvənin qaçmaması üçün iki əlindən birini bağlı, ayaq üstə durmuş vəziyyətdə kəsmək istədiyinizdə Bismilləh deyin. Ey qurban kəsən kimsələr! Kəsdikdən sonra heyvan böyrü üstə yıxıldıqları zaman onlardan özünüz də yeyin, istəməkdən çəkinən fəqirə və ondan özünə verilməsini istəyən kasıba və dilənçiyə də verin. Bu heyvanlara minməyi və onlar üzərində ağır yüklərinizi daşımağı sizə ram etdiyimiz kimi, onları Allah üçün kəsmək istədiyiniz yerə aparmanızı da sizə asanlaşdırdıq ki, bəlkə Uca Allah bu heyvanları sizin ixtiyarınıza buraxdığına görə Ona şükür edəsiniz!