Onlar: "Rəbbimiz Allahdır, bizim Ondan başqa bir Rəbbimiz yoxdur" – dediklərinə görə, günahsız yerə, kafirlər tərəfindən öz yurdlarından çıxarıldılar. Əgər Uca Allah peyğəmbərlərə və möminlərə, kafirlərə qarşı döyüşməyə izin verməsəydi, bu zaman o kafirlər ibadətgahları, rahiblərin məbədlərini, nəsranilərin kilsələrini, yəhudilərin ibadət etdikləri yerləri və müsəlmanların namaz üçün hazırlayıb içində Uca Allahı çox andıqları məscidləri dağıldıb, yerlə yeksan edərdilər. Şübhəsiz ki, Uca Allah Öz dininə və peyğəmbərinə yardım edənlərə, mütləq yardım edər. Həqiqətən, uca Allah Öz dininə yardım edənlərə yardım etməyə qadirdir. O, Öz mülkündə qüc-qüvvət sahibidir, kimsə Ona qələbə çala bilməz.