Mədyən əhalisi də Şueyb peyğəmbəri yalançı saymışdı. Firon və onun camaatı da Musanı yalançı saydı. Mən, göndərilən peyğəmbərləri yalan sayan qövmlərin azğınlıqlarında davam etmələri üçün onlara əzab verməyə tələsmədim. Sonra isə onları gözləmədikləri bir halda, qəfildən şiddətli bir əzabla yaxaladım. Mənim onları necə cəzalandırdığımı bir düşün. Mən onları, etdikləri küfr və günahlardan dolayı məhv etdim.