Qiyamət günü - onların özlərinə vəd edildikləri əzab içində yenidən diriləcəkləri gün - hökm yalnız Allaha aid olacaq. Bu barədə heç bir ixtilaf ola bilməz. Uca Allah o gün möminlərlə kafirlər arasında hökm verəcəkdir. Hər kəsə dünyada ikən etdiyi əməllərin qarşılığını verəcəkdir. Uca Allaha iman gətirib yaxşı işlər görənlər üçün böyük mükafat olaraq tükənməz nemətləri olan və orada əbədi qalacaqları Nəim cənnətləri vardır.