Ey Peyğəmbər! Məgər Allahın göydən yağış yağdırdığını və bundan sonra yer üzünü yamyaşıl bitkilərlə bürüdüyünü görmürsənmi? Həqiqətən, Allah yağış yağdırmaqla və bu yağış vasitəsilə yer üzündə müxtəlif növ bitkilər bitirməklə qullarına qarşı lütfkarlıq edəndir və onlara nəyin daha faydalı olduğunu biləndir. Bunlardan Ona heç bir şey əsla gizli qalmaz.