Biz hər ümmət üçün bir şəriət təyin etdik. Onlar bu şəriətə əsasən əməl edərlər. Ey Peyğəmbər! Qoy müşriklər və başqa dinlərə mənsub olanlar din və ya şəriət barəsində səninlə münaqişə etməsinlər. Çünki sən haqqa onlardan daha yaxınsan. Onlar isə batil əhlidir. Elə isə sən, insanları ixlasla tək Allaha ibadət etməyə dəvət et. Həqiqətən, sən heç bir əyriliyi olmayan ən doğru bir dindəsən.