Ey insanlar! Sizə bir məsəl çəkilir, onu yaxşıca dinləyin və ondan ibrət alın. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz bütlər və bunlardan qeyriləri, acizliyindən dolayı kiçik bir milçək belə yarada bilməzlər, hətta onlar bunun üçün bir araya gəlsələr belə. Əgər milçək bütlərin üstündə olan ətir və ya başqa bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. Beləliklə də, bütlərin kiçik bir milçək yaratmaqdan və milçəyin onların üstündən bir şey götürüb apardıqda onu milçəkdən qeri almaqdan aciz olduqları üçün ondan da daha böyük şeyləri yaratmağa aciz olduqları ortaya çıxdı. Belə olan bir halda - onların aciz olmalarına rəğmən - necə ola bilər ki, onlar, Allahdan başqasına ibadət edirlər? İstəyən də, yəni: milçəyin ondan aldığı kiçik bir şeyi milçəkdən geri almağa qadir olmayan, ibadət edilən bütlər də acizdır və aldığını geri qaytarılmasını istənilən milçək də.