Biz göydən nə həddən ziyadə yağıb sellərə, daşqınlara, nə də ki, az olub quraqlığa səbəb olacaq qədər, əksinə, ehtiyacınızı ödəyəcək qədər su endirdik və bu sudan insan və heyvanların ondan istifadə etməsi üçün onu yer üzündə yığıb saxladıq. Şübhəsiz ki, Biz onu yox etməyə də qadirik. Əgər belə etsəydik, o zaman siz, bu sudan əsla faydalana bilməzdiniz.