Biz Nuha belə vəhy etdik: "Gözlərimiz önündə və sənə gəmini necə düzəltmək lazım olduğunu öyrətdiyimiz kimi gəmini düzəlt. Onların həlak ediləcəyinə dair əmrimiz gəldiyi və suyun çörək bişirən təndirdən qaynayıb daşdığı zaman nəslinin davam etməsi üçün hər bir canlıdan bir cüt erkək və dişi olmaqla gəmiyə qaldır, zövcən və oğlun kimi barəsində əvvəlcədən hökm verilmiş kəslər istisna olmaqla qalan ailəni gəmiyə mindir. Küfür etməklə özlərinə zülüm edən zalımların həlakdan qurtulması üçün Mənə əsla müraciət etmə. Çünki onlar mütləq tufan suyunda boğularaq məhv ediləcəklər!" - deyə vəhy etdik.