O peyğəmbərin qövmündən uca Allaha iman etməyib, axirəti və axirət günündə olan savab və cəzanı təkzib edən və dünya həyatında nemətlərdən bol verdiyimiz zalım başçılar onlara tabe olub, onların ardınca gedənlərə belə dedilər: "Bu kimsə, yediyinizdən yeyən və içdiyinizdən içən sizin kimi sadəcə bir insandır. Onun ayrıca olaraq sizdən üstün olan bir cəhəti yoxdur ki, o sizə peyğəmbər göndərilsin.