Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-Mu'minun — Ayah 72

أَمۡ تَسۡـَٔلُهُمۡ خَرۡجٗا فَخَرَاجُ رَبِّكَ خَيۡرٞۖ وَهُوَ خَيۡرُ ٱلرَّٰزِقِينَ ٧٢
Ey Peyğəmbər! Yoxsa sən, gətirdiyin bu dinin qarşılığnda onlardan bir mü­kafatmı istədin ki, onlarda bu üzdən sənin dəvətini rədd etdilər?! Xeyr, sən əsla belə bir şey etmədin. Rəbbinin sənə verəcəyi müka­fa­tı, onların və onlardan qeyrilərinin sənə verəcəyi mükafatdan qat-qat daha xe­yirlidir. Çünki pak olan Allah ru­zi verən­lərin ən xeyirlisidir!