Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-Mu'minun — Ayah 80

وَهُوَ ٱلَّذِي يُحۡيِۦ وَيُمِيتُ وَلَهُ ٱخۡتِلَٰفُ ٱلَّيۡلِ وَٱلنَّهَارِۚ أَفَلَا تَعۡقِلُونَ ٨٠
Dirildən yalnız Odur, Ondan başqa dirildən yoxdur. Öldürən Odur, Ondan başqa öldürən də yoxdur. Zülmət və nur, uzun və qısa olmaqla ge­cə ilə gündüzü bir-birinin ardından əvəz edən də Odur. Məgər bütün bunlardan sonra yenə də siz, Onun qüdrətini, yaratmaqda və bütün bu kainatı idarə etməkdə tək olduğunu dərk etməyəcəksiniz?!