Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-Mu'minun — Ayah 91

مَا ٱتَّخَذَ ٱللَّهُ مِن وَلَدٖ وَمَا كَانَ مَعَهُۥ مِنۡ إِلَٰهٍۚ إِذٗا لَّذَهَبَ كُلُّ إِلَٰهِۭ بِمَا خَلَقَ وَلَعَلَا بَعۡضُهُمۡ عَلَىٰ بَعۡضٖۚ سُبۡحَٰنَ ٱللَّهِ عَمَّا يَصِفُونَ ٩١
Uca Allah kafirlərin iddia etdikləri kimi Özünə heç bir öv­lad gö­tür­məmişdir və Onunla ya­naşı iba­dətə layiq olan heç bir haqq mə­bud da yoxdur. Əgər Onunla yanaşı haqq bir məbud olsaydı, bu zaman hər bir məbud öz yarat­dıq­la­rını özü idarə etmək istəyər və sonda on­la­rın bir qismi di­gə­rinə üstün gəl­mə­yə can atardı. Beləliklə də, aləmin nizamı alt-üst olardı. Amma həqiqət budur ki, belə bir şey əsla olmamışdır. Bu da, ibadətə layiq olan haqq məbudun yalnız uca Allahın olduğuna dəlalət etməkdədir. Həqiqətən Allah, müşriklərin Onun övladı və şəriki olduğuna dair iddialarından pak və ucadır.