Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah An-Nur — Ayah 11

إِنَّ ٱلَّذِينَ جَآءُو بِٱلۡإِفۡكِ عُصۡبَةٞ مِّنكُمۡۚ لَا تَحۡسَبُوهُ شَرّٗا لَّكُمۖ بَلۡ هُوَ خَيۡرٞ لَّكُمۡۚ لِكُلِّ ٱمۡرِيٕٖ مِّنۡهُم مَّا ٱكۡتَسَبَ مِنَ ٱلۡإِثۡمِۚ وَٱلَّذِي تَوَلَّىٰ كِبۡرَهُۥ مِنۡهُمۡ لَهُۥ عَذَابٌ عَظِيمٞ ١١
Ey Möminlər! Möminlərin anası Aişənin -Allah ondan razı olsun- zina etdiyini iddia edib, ona iftira atanlar özlərini sizə nisbət edən bir dəs­tədir. Onuların sizə yaxdığları bu böhtanın heç də özü­nüz üçün pis bir şey hesab et­mə­yin. Ək­si­nə, sizə atılan bu böhtan, savablarınızı artırdığı, möminləri aranızdakı münafiqlərdən təmizlədiyi və möminlərin anası Aişəni təmizə çıxartdığı üçün sizə görə xe­yirlidir. Aişəyə atılan bu iftirada iştirak edən hər bir kimsəyə, iftira ataraq onu insanlar arasında danışan hər bir kəsə qa­zan­dığı günahın cəzası vardır. Bu cəzanın ən böyügünə, bu böhtanı ilk dəfə insanlar arasında yayan kimsə yüklənəcəkdir. Onun üçün çox şiddətli əzab vardır. Burada zina iftirasını ilk dəfə olaraq yaymaqla qəsd edilən, münafiq, Abdullah bin Ubey bin Səluldur.