Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah An-Nur — Ayah 19

إِنَّ ٱلَّذِينَ يُحِبُّونَ أَن تَشِيعَ ٱلۡفَٰحِشَةُ فِي ٱلَّذِينَ ءَامَنُواْ لَهُمۡ عَذَابٌ أَلِيمٞ فِي ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةِۚ وَٱللَّهُ يَعۡلَمُ وَأَنتُمۡ لَا تَعۡلَمُونَ ١٩
İçərisində zina iftirasınında yer aldığı iyrənc əməllərin möminlər arasında yayılmasını is­təyənlər üçün dün­ya­da, iftira atan kimsə üçün təyin edilmiş hədd cəzası, axi­rətdə isə Cəhənnəm atəşində acılı-ağrılı bir əzab var­­dır. Allah o iftiraçıların yalanlarını, qullarının işinin sonu nə ilə qurtaracağını və qullarına nəyin onlar üçün daha faydalı olmasını daha yaxşı bilir, siz isə bunları bilməzsiniz.