Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah An-Nur — Ayah 21

۞ يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَتَّبِعُواْ خُطُوَٰتِ ٱلشَّيۡطَٰنِۚ وَمَن يَتَّبِعۡ خُطُوَٰتِ ٱلشَّيۡطَٰنِ فَإِنَّهُۥ يَأۡمُرُ بِٱلۡفَحۡشَآءِ وَٱلۡمُنكَرِۚ وَلَوۡلَا فَضۡلُ ٱللَّهِ عَلَيۡكُمۡ وَرَحۡمَتُهُۥ مَا زَكَىٰ مِنكُم مِّنۡ أَحَدٍ أَبَدٗا وَلَٰكِنَّ ٱللَّهَ يُزَكِّي مَن يَشَآءُۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٞ ٢١
Ey Allaha iman gətirib Onun şəriətinə əməl edən kimsələr! Nəbadə şey­ta­nın batili bəzədiyi yollarına uyasınız. Kim şey­tanın yollarına uyarsa, bilsin ki, şeytan insanlara, dinin qəbul etməyib pis gördüyü iyrənc və yaramaz iş­ləri və sözləri əmr edir. Ey möminlər! Əgər Allahın si­zin üzərinizdə lütfü və mərhə­məti olma­saydı, sizdən tövbə edən heç bir kəs tövbəsi ilə günahlardan təmizlənməzdi. La­kin Allah qullarından istədiyini, tövbəsini qəbul etməklə təmizə çı­xarar. Allah dediyiniz sözləri eşidəndir və etdiyiniz əməlləri bi­ləndir. Bu xüsusda Ona heç bir şey qizli qalmaz. O, etdiyiniz əməllərin qarşılığını sizə verəcəkdir.