Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah An-Nur — Ayah 28

فَإِن لَّمۡ تَجِدُواْ فِيهَآ أَحَدٗا فَلَا تَدۡخُلُوهَا حَتَّىٰ يُؤۡذَنَ لَكُمۡۖ وَإِن قِيلَ لَكُمُ ٱرۡجِعُواْ فَٱرۡجِعُواْۖ هُوَ أَزۡكَىٰ لَكُمۡۚ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ عَلِيمٞ ٢٨
Əgər o evlərdə heç kim olmazsa, izin vermə haqqına sahib bir kimsə tərəfindən sizə evə daxil olmanız üçün izin verilincəyə qədər ora­ daxil olmayın. Əgər ev sahibləri sizə: "Qa­yı­dın!" – deyərsə, bu zaman evə daxil olmadan geri dönün. Bu, Allah yanında si­zin üçün da­ha təmiz­ olandır. Allah nə et­diklə­rinizi bilir və etdiyiniz əməllərdən Ona heç bir şey gizli qalmaz. O, etdiyiniz əməllərin qarşılığını sizə verəcəkdir.