Mömin qadınlara da de ki, baxışlarını özlərinə halal olmayan kimsələrə baxmaqdan çəkindirsinlər və ayıb yerlərini fahişə əməllərdən uzaq duraraq və örtərək qorusunlar. Qoy onlar üst paltarı kimi görünə və örtülməsi mümkün olmayan zinət əşyalarını yad kişilərə göstərməsinlər. Baş örtüklərini saçlarının, üzlərinin və boyun-boğazlarının üstünə salsınlar. Gizlində olan zinət əşlayarını ərlərindən, yaxud atalarından, yaxud qayınatalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud müsəlman və ya kafir olmasından aslı olmayaraq etibarlı qadınlardan, yaxud sahib olduqları kişi və ya qadın kölələrdən, yaxud qadınlara ehtiyacı qalmayan kişi xidmətçilərdən, yaxud kiçikliyinə görə qadınların ayıb yerlərini hələ dərk etməyən uşaqlardan başqasına göstərməsinlər. Qadınlar, xalxallarını və gizlətdikləri başqa zinət əşyalarının bilinməsi üçün ayaqlarını yerə vura-vura yeriməsinlər. Ey iman gətirənlər! Mətləbinizə yetişmək, qorduğunuz şeydən əmin olmaq üçün haram baxışlardan və bundan başqa olan günahlardan hamılıqla Allaha tövbə edin!