Yoxsulluq səbəbindən evlənməyə imkanı olmayanlar, Allah Öz geniş lütfü ilə onları varlandırana qədər, ismətlərini zinadan qoruyub saxlasınlar. Özlərini köləlikdən xilas edib, azadlığa qovuşmaq üçün mal verərək ağaları ilə mükatəbə (Mükatəbə sözü ərəb dilində: Qulun köləlikdən azad olması üçün ağası ilə müəyyən pul məbləği əsasında bağladığı bir sazişdir) etməyi tələb edənlər varsa, əgər ağaları onların dində saleh və bağlanan sazişi ödəyə biləcəyini zənn edərsə, bu zaman onlarla tələb etdikləri mükatəbə sazişini bağlasınlar. Qoy ağalar, kölələrin onlarla bağladıqları mükatəbənin bir qismini ödəmələri üçün Allahın onlara verdiyi maldan kölələrinə da versinlər. Nəbadə Abdullah bin Ubeyin, iffətli olub, zinadan uzaq duraraq, ismətlərini qorumaq istəyən iki cariyəsini zinaya məcbur etdirdiyi kimi, sizdə mal-dövlət əldə etməniz üçün öz cariyələrinizi zinakarlığa məcbur edəsiniz. Sizdən kim onları bu işə məcbur etsə, bilsin ki, onlar məcbur edildikdən sonra Allah onların günahlarını bağışlayar və onlara rəhm edər. Çünki onlar bu işi öz xoşları ilə deyil, əksinə, məcbur edilərək görmüşdülər, elə bu görə də günah onları bu işə məcbur edənin boynunadır.