Uca Allah göylərin və yerin nurudur. O, orada olanları hidayət yoluna yönəldəndir. Uca Allahın möminlərin qəlbində olan nurunun misalı, pəncərəsiz bir divarda içində çıraq olan bir taxçaya bənzəyir. O çıraq işıldayan bir şüşənin içindədir, şüşə isə, sanki inci kimi parlayan, nuru ərtafa yayılan bir ulduzdur. Bu çıraq, mübarək bir ağacın yağından yandırılar. Bu ağac, səhər-axşam, daima günəş şüaları altında qalan mübarək zeytun ağacıdır. Onun yağı, özünə od toxunmasa da, parlaqlığı səbəbindən ətrafa sanki işıq saçır. Əgər ona od toxunsaydı, ətrafa gör necə parlaq içiq saçardı. Hidayət nuru ilə parlayan möminin qəlbi də belədir. Uca Allah istədiyi qulunu Qurana tabe olmağa müvəffəq edər. Uca Allah əşyaları, onun bənzərini misal çəkərək beləcə açıqlayar. Allah hər şeyi biləndir. Ona heç bir şey gizli qalmaz.