Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah An-Nur — Ayah 43

أَلَمۡ تَرَ أَنَّ ٱللَّهَ يُزۡجِي سَحَابٗا ثُمَّ يُؤَلِّفُ بَيۡنَهُۥ ثُمَّ يَجۡعَلُهُۥ رُكَامٗا فَتَرَى ٱلۡوَدۡقَ يَخۡرُجُ مِنۡ خِلَٰلِهِۦ وَيُنَزِّلُ مِنَ ٱلسَّمَآءِ مِن جِبَالٖ فِيهَا مِنۢ بَرَدٖ فَيُصِيبُ بِهِۦ مَن يَشَآءُ وَيَصۡرِفُهُۥ عَن مَّن يَشَآءُۖ يَكَادُ سَنَا بَرۡقِهِۦ يَذۡهَبُ بِٱلۡأَبۡصَٰرِ ٤٣
Ey Muhamməd! Məgər sən, Allahın buludları qovduğunu, sonra səmaya səpələnmiş buludları bir-bi­ri­nə qovuşduraraq bir araya cəm etdiyini sonra da o buludları bir-birinin üstünə yığılmış bulud topasına çevirdiyini bilmirsənmi?! Sən yağmurun o buludların arasından süzülərək çıx­dığını görürsən. Uca Allah göy­ üzündə dağlara bənzər əzəmətli buludlardan daş kimi donmuş dolu yağdırır. Son­ra da bu dolunu qullarından istədi­yi­nə isabət etdirər və istə­diyindən də onu uzaqlaşdırar. Bu­ludların şimşə­yinin pa­rıl­tı­sı az qalır ki, parıltının şiddətindən gözləri kor etsin.