Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah An-Nur — Ayah 53

۞ وَأَقۡسَمُواْ بِٱللَّهِ جَهۡدَ أَيۡمَٰنِهِمۡ لَئِنۡ أَمَرۡتَهُمۡ لَيَخۡرُجُنَّۖ قُل لَّا تُقۡسِمُواْۖ طَاعَةٞ مَّعۡرُوفَةٌۚ إِنَّ ٱللَّهَ خَبِيرُۢ بِمَا تَعۡمَلُونَ ٥٣
Münafiqlər, əgər onlardan cihada çıxmaq tələb olunsaydı, onlar mütləq Allah yolunda cihada çıxacaqlarına dair bütün gücləri ilə Allaha çox möh­kəm and içirlər. Ey Peyğəmbər! Onlara belə de: "And iç­mə­yin! Yalan söylədiyiniz hamıya məlumdur. İta­əti­niz isə yalan bir iddiadır. Şüb­hə­siz ki, Allah nə etdikləri­niz­dən xəbər­dar­dır. Hansı əməlinizi gizlədirsinizsə gizlədin, bilin ki, əməllərinizdən Ona heç bir şey gizli qalmaz!".