Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah An-Nur — Ayah 55

وَعَدَ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُواْ مِنكُمۡ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ لَيَسۡتَخۡلِفَنَّهُمۡ فِي ٱلۡأَرۡضِ كَمَا ٱسۡتَخۡلَفَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ وَلَيُمَكِّنَنَّ لَهُمۡ دِينَهُمُ ٱلَّذِي ٱرۡتَضَىٰ لَهُمۡ وَلَيُبَدِّلَنَّهُم مِّنۢ بَعۡدِ خَوۡفِهِمۡ أَمۡنٗاۚ يَعۡبُدُونَنِي لَا يُشۡرِكُونَ بِي شَيۡـٔٗاۚ وَمَن كَفَرَ بَعۡدَ ذَٰلِكَ فَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡفَٰسِقُونَ ٥٥
Uca Allah sizlərdən iman gə­ti­rib yax­şı işlər görənlərə düşmənlərə qarşı onlara yardım etməyi və onları özlərindən əvvəlki möminləri yer üzündə hökmran etdiyi kimi onlarıda yer üzündə hökmran edəcəyini vəd vermişdir. Eyni şəkildə Allahın möminlər üçün bəyənib seçdiyi İslam dinini yer üzündə bərqərar edəcəyinə və onla­rın qor­xu­sunu əminliklə əvəz edə­cəyinə dair vəd vermişdir. Çünki o möminlər yalnız Mənə ibadət edərlər və heç bir şeyi Mə­nə şə­rik qoş­mazlar. Bu nemətlərdən sonra hər kim Allaha küfür edərsə məhz onlar Allahın itaətindən çıxanlardır.