Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-Furqan — Ayah 7

وَقَالُواْ مَالِ هَٰذَا ٱلرَّسُولِ يَأۡكُلُ ٱلطَّعَامَ وَيَمۡشِي فِي ٱلۡأَسۡوَاقِ لَوۡلَآ أُنزِلَ إِلَيۡهِ مَلَكٞ فَيَكُونَ مَعَهُۥ نَذِيرًا ٧
Peyğəmbəri (sallallahu aleyhi və səlləm) təkzib edən müşriklər belə dedilər: "Diğər insanlar kimi yemək yeyən, ehtiyacını təmin etmək üçün bazar­ları gə­zib do­laşan və sonra da özünün Allah tərəfindən göndərilən bir peyğəmbər olduğunu iddia edən bu kimsə axı necə peyğəmbər ola bilər?! Məgər Allah onunla birgə, onun həqiqi peyğəmbər olduğunu təsdiq edən və bu işdə ona yardın edən bir mə­lək göndərilməli deyildimi?!"