Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Ash-Shu'ara — Ayah 227

إِلَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ وَذَكَرُواْ ٱللَّهَ كَثِيرٗا وَٱنتَصَرُواْ مِنۢ بَعۡدِ مَا ظُلِمُواْۗ وَسَيَعۡلَمُ ٱلَّذِينَ ظَلَمُوٓاْ أَيَّ مُنقَلَبٖ يَنقَلِبُونَ ٢٢٧
Şairlərdən yalnız iman gətirənlər, saleh əməllər işləyənlər, Allahı çox zikr edənlər və Həssən bin Sabit - Allah ondan razı olsun - kimi zülmə məruz qaldıqdan sonra Allahın düşmənlərindən intiqam alan şairlər müstəsnadır. Allaha şərik qoşmaqla və Allahın qullarına qarşı haqsızlıq etməklə həddlərini aşanlar qiyamət günü qayıdacaqları yeri mütləq bilə­cəklər. Onlar əzəmətli bir yerə və dəqiq haqq-hesaba dönəcəklər.