Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah An-Naml — Ayah 36

فَلَمَّا جَآءَ سُلَيۡمَٰنَ قَالَ أَتُمِدُّونَنِ بِمَالٖ فَمَآ ءَاتَىٰنِۦَ ٱللَّهُ خَيۡرٞ مِّمَّآ ءَاتَىٰكُمۚ بَلۡ أَنتُم بِهَدِيَّتِكُمۡ تَفۡرَحُونَ ٣٦
Hökmdar qadının elçisi və onunla bərabər olan əyanları daşıdıqları hədiyyələrlə Süleymanın ya­nı­na gəldik­ləri zaman Süleyman onların hədiyyə gətirmələrini xoş qarşılamayaraq belə dedi: "Yaxanızı məndən qurtarmaq üçün siz mənə mal-döv­lətləmi təklif edirsiniz?! Allahın mənə bəxş etdiyi: peyğəmbərlik, hökmranlıq və mal-dövlət sizə verdiklərindən daha xeyirlidir. Lakin siz, dünya malından sizə verilən hədiyələrinizlə fə­rəh­lə­nib sevinirsiniz!"