Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-Qasas — Ayah 23

وَلَمَّا وَرَدَ مَآءَ مَدۡيَنَ وَجَدَ عَلَيۡهِ أُمَّةٗ مِّنَ ٱلنَّاسِ يَسۡقُونَ وَوَجَدَ مِن دُونِهِمُ ٱمۡرَأَتَيۡنِ تَذُودَانِۖ قَالَ مَا خَطۡبُكُمَاۖ قَالَتَا لَا نَسۡقِي حَتَّىٰ يُصۡدِرَ ٱلرِّعَآءُۖ وَأَبُونَا شَيۡخٞ كَبِيرٞ ٢٣
Musa, insanların su götürdükləri Mədyən su quyusunun yanına gə­lib çatan­da, quyunun yanında hey­van­larına su verən bir insan toplusu ilə qarşılaşdı. Onların yaxın­lı­ğında insanlar qo­yun­la­rını suvarıb qurtarana qədər qoyunlarını suvarmayıb, o biri heyvanlar­dan geri çə­kib, onlardan uzaqda duran iki qızı gördü. Musa o qızlardan: "Siz nə üçün insanlarla bərabər hevyanlarınızı sulamırsınız?"– de­yə soruşdu. Onlar da Musaya: "Ço­banların arasına girib onlara qarışmamaq üçün çobanlar heyvanlarını sulayıb oradan çıxana qədər səbir edib gözləmək bizim adətimizdir. Ata­mız isə bura gəlib heyvanlara su verməyə gücü yetməyən çox yaşlı bir qoca­dır. Elə bu üzdən də qoyunlarımızı sulamağa biz məcbur qaldıq" - deyərək cavab verdilər.