Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-Qasas — Ayah 25

فَجَآءَتۡهُ إِحۡدَىٰهُمَا تَمۡشِي عَلَى ٱسۡتِحۡيَآءٖ قَالَتۡ إِنَّ أَبِي يَدۡعُوكَ لِيَجۡزِيَكَ أَجۡرَ مَا سَقَيۡتَ لَنَاۚ فَلَمَّا جَآءَهُۥ وَقَصَّ عَلَيۡهِ ٱلۡقَصَصَ قَالَ لَا تَخَفۡۖ نَجَوۡتَ مِنَ ٱلۡقَوۡمِ ٱلظَّٰلِمِينَ ٢٥
O iki qız gedib atalarına onun barədə xəbər verdilər. Ataları da onu yanına dəvət etməsi üçün onlardan birini göndərdi. Qız utana-utana onun yanına gə­lib de­di: "Atam, qoyunlarımızı sulamağına görə haq­qını ödə­mək­ üçün səni yanına ça­ğı­rır". Mu­sa da onun yanına gəlib başına gələn əh­va­­la­tı ona danış­dıqda, qadınları atası Musanı sakitləşdirib ona təskinlik vermək üçün ona belə dedi: "Qorxma! Artıq sən za­lım bir qövm olan, Firon və onun camaatının əlin­dən xilas ol­mu­san. Onun Mədyən torpaqları üzərində heç bir hökmüranlığı yoxdur. Onlar burada sənə heç bir əziyyət verə bilməzlər!"