Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-Qasas — Ayah 27

قَالَ إِنِّيٓ أُرِيدُ أَنۡ أُنكِحَكَ إِحۡدَى ٱبۡنَتَيَّ هَٰتَيۡنِ عَلَىٰٓ أَن تَأۡجُرَنِي ثَمَٰنِيَ حِجَجٖۖ فَإِنۡ أَتۡمَمۡتَ عَشۡرٗا فَمِنۡ عِندِكَۖ وَمَآ أُرِيدُ أَنۡ أَشُقَّ عَلَيۡكَۚ سَتَجِدُنِيٓ إِن شَآءَ ٱللَّهُ مِنَ ٱلصَّٰلِحِينَ ٢٧
Qızların atası Musaya - aleyhissəlam - xitab edərək belə dedi: "Mən, mehir olaraq, bu qoyunlarıma səkkiz il çobanlıq etmən qarşılığında, bu iki qızımdan biri ilə səni evləndirmək istəyirəm. Əgər sən bu müddəti on ilə çat­dır­san, bu, sənin tərə­findən bir lütf olar. Sən bunu etməkdə məcbur deyilsən. Çünki aramızdakı anlaşma səkkiz ildir. Bu müddətdən əlavə çobanlıq etməyin isə könüllü olan bir iş olacaqdır. Mən sənə məşəqqət olacaq bir işi görməyə məcbur etmək istəmirəm. Sən İnşallah məni, səninlə etdiyim bu anlaşmanı pozmayan və ona əməl edən əməlisa­leh­lərdən ol­duğumu gö­rə­cək­sən!"