Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-Qasas — Ayah 45

وَلَٰكِنَّآ أَنشَأۡنَا قُرُونٗا فَتَطَاوَلَ عَلَيۡهِمُ ٱلۡعُمُرُۚ وَمَا كُنتَ ثَاوِيٗا فِيٓ أَهۡلِ مَدۡيَنَ تَتۡلُواْ عَلَيۡهِمۡ ءَايَٰتِنَا وَلَٰكِنَّا كُنَّا مُرۡسِلِينَ ٤٥
Lakin Biz Musadan sonra neçə-neçə ümmətlər və nəsillər yarat­dıq. Ancaq aradan üzün müddət keçmə səbəbi ilə Allahın şəriəti unuduldu. Sən Mədyən xalqı ilə birgə yaşamırdın ki, onların başlarına gələn əhvalatı bilib və bunu olduğu kimi Məkkə əhlinə xəbər verəsən. Lakin Biz səni öz dərgahımızdan peyğəmbər olaraq göndərib, sənə Musanın xəbərini və onun Mədyəndə yaşamasını vəhy etdik. Beləliklə də, sən, bu barədə Uca Allahın sənə vəhy etdiklərini insanlara xəbər verdin!