Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-Qasas — Ayah 48

فَلَمَّا جَآءَهُمُ ٱلۡحَقُّ مِنۡ عِندِنَا قَالُواْ لَوۡلَآ أُوتِيَ مِثۡلَ مَآ أُوتِيَ مُوسَىٰٓۚ أَوَلَمۡ يَكۡفُرُواْ بِمَآ أُوتِيَ مُوسَىٰ مِن قَبۡلُۖ قَالُواْ سِحۡرَانِ تَظَٰهَرَا وَقَالُوٓاْ إِنَّا بِكُلّٖ كَٰفِرُونَ ٤٨
Peyğəmbərimiz Muhəmməd (sallallahu aleyhi və səlləm) Qureyşə Rəbbinin elçisi olaraq gəldiyi zaman Qureyş yəhudilərin yanına gəlib onlardan Muhəmməd (sallallahu aleyhi və səlləm) barədə soruşdular. Yəhudilər də Muhəmmədin (sallallahu aleyhi və səlləm) dəvətinin qarşısını almaq məqsədi ilə onlara hüccət öyrətərək belə dedilər: "Muhəmmədin, Rəbbinin elçisi olduğuna dəlalət edən, Musaya verilən: parlaq əl və əsa kimi möcüzələr verildimi?" Ey Peyğəmbər! Onlara cavab olaraq belə de: "Məgər elə yəhudilər daha öncə Musaya verilən möcüzələri inkar etmədilərmi?!" Məğər onlar Tövrat və Quran barədə: "O ikisi də bir-bi­rini dəs­təkləyən iki sehrdən başqa bir şey deyil, biz nə Qurana, nə də Tövrata inanrıq deməmişdilərmi?!"