Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-Qasas — Ayah 5

وَنُرِيدُ أَن نَّمُنَّ عَلَى ٱلَّذِينَ ٱسۡتُضۡعِفُواْ فِي ٱلۡأَرۡضِ وَنَجۡعَلَهُمۡ أَئِمَّةٗ وَنَجۡعَلَهُمُ ٱلۡوَٰرِثِينَ ٥
Biz, Fironun Misir torpaqlarında gücsüz və zəif gördüyü İsrail oğullarına, düşmənlərini həlak edərək, onların üzərindənki bu zəifliyi qaldıraraq, onları haqq yolda öndə gedən imamlar edərək və Fironu həlak edikdən sonra onları mübarək Şam torpaqlarına varislər edərək onlara lütf etmək istədik. Uca Allah bu barədə, "əl-Əraf" surəsinin 137-ci ayəsində belə buyurur: "(Musa ilə olan) zəif qövmü (İsrail oğullarını) yer üzünün xeyir-bərəkət verdiyimiz şərq və qərb tərəflərinə (Şam diyarına) varislər təyin etdik".