Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-Qasas — Ayah 57

وَقَالُوٓاْ إِن نَّتَّبِعِ ٱلۡهُدَىٰ مَعَكَ نُتَخَطَّفۡ مِنۡ أَرۡضِنَآۚ أَوَلَمۡ نُمَكِّن لَّهُمۡ حَرَمًا ءَامِنٗا يُجۡبَىٰٓ إِلَيۡهِ ثَمَرَٰتُ كُلِّ شَيۡءٖ رِّزۡقٗا مِّن لَّدُنَّا وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَعۡلَمُونَ ٥٧
Məkkə müşrikləri, İslam dinini qəbul edib, ona iman etməkdən qoyun qaçıraraq özlərinə üzr gətirib belə dedilər: "Əgər biz sənin­ gətirdiyin bu dinə tabe olsaq, bu zaman düşmənlərimiz bizi yur­du­muzdan qo­vu­b çıxarar". Məgər Biz o müşrikləri, başqalarının onlara basqın etməsindən əmin-aman edib və onları qan tökülməsi və zülüm edilməsi haram edilən, onlara Özü­müzdən bir ru­zi olaraq hər cür meyvənin gətirildiyi qorxusuz və təhlü­kəsiz haram torpağında yer­ləşdirmədikmi? La­kin onların çoxu Allahın onlara verdiyi nemətləri bilməzlər və bunlara qarşılıq olaraq Allaha şükür etməzlər!