Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-Qasas — Ayah 59

وَمَا كَانَ رَبُّكَ مُهۡلِكَ ٱلۡقُرَىٰ حَتَّىٰ يَبۡعَثَ فِيٓ أُمِّهَا رَسُولٗا يَتۡلُواْ عَلَيۡهِمۡ ءَايَٰتِنَاۚ وَمَا كُنَّا مُهۡلِكِي ٱلۡقُرَىٰٓ إِلَّا وَأَهۡلُهَا ظَٰلِمُونَ ٥٩
Ey Peyğəmbər! Sənin Rəbbin, səni şəhərlər anası olan Məkkəyə peyğəmbər göndərdiyi kimi, hər hansı böyük bir şəhərin əhalisi bəhanə gətirməməsi üçün onlara ayə­lə­ri­­mizi oxu­yan bir peyğəmbər göndərib onları Allahın əzabı ilə xəbərdar etmədən əsla məhv etmədi. Biz haqq üzərində sabit qalan bir şəhəri əsla məhv etmədik. Biz yal­­nız əhalisi küfr və günahlar etməklə özlərinə zülm edən şəhərləri məhv edərik.