Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-Qasas — Ayah 78

قَالَ إِنَّمَآ أُوتِيتُهُۥ عَلَىٰ عِلۡمٍ عِندِيٓۚ أَوَلَمۡ يَعۡلَمۡ أَنَّ ٱللَّهَ قَدۡ أَهۡلَكَ مِن قَبۡلِهِۦ مِنَ ٱلۡقُرُونِ مَنۡ هُوَ أَشَدُّ مِنۡهُ قُوَّةٗ وَأَكۡثَرُ جَمۡعٗاۚ وَلَا يُسۡـَٔلُ عَن ذُنُوبِهِمُ ٱلۡمُجۡرِمُونَ ٧٨
Qarun belə dedi: "Bu mal-dövlət mənə, sahib olduğum bilğim (Tövratı gözəl bilmək, yaxud əlkimyaya yaxşı bələd olmaq, ticarətdən baş çıxartmaq) və gücüm sayəsində ve­ril­miş­dir". Buna görə mən bütün bunlara layiqəm. Mə­gər Qarun, Allah ondan əv­vəl özündən daha qüvvətli və daha çox var-dövlət yığmış bir çox qövmləri həlak etdiyini bilmirdimi? Lakin güc-qüvvətin və yığıb cəm etdikləri mal-dövlətlərinin onlara heç bir faydası olmadı. Uca Allah, günahkarların etdikləri günahlarından xəbərdar olduğu üçün Qiyamət günü onlardan etdikləri günah­kar­lar barəsində sorğu-sual etməyəcəkdir. Uca Allah onları yalnız məzəmmət və danlaq olaraq sorğu-sual edəcəkdir.