Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-'Ankabut — Ayah 17

إِنَّمَا تَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ أَوۡثَٰنٗا وَتَخۡلُقُونَ إِفۡكًاۚ إِنَّ ٱلَّذِينَ تَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ لَا يَمۡلِكُونَ لَكُمۡ رِزۡقٗا فَٱبۡتَغُواْ عِندَ ٱللَّهِ ٱلرِّزۡقَ وَٱعۡبُدُوهُ وَٱشۡكُرُواْ لَهُۥٓۖ إِلَيۡهِ تُرۡجَعُونَ ١٧
Ey müşriklər! Siz, özünüzə fayda və zərər verə bilməyən bütlərə ibadət edirsiniz. Bu bütlərin ibadətə layiq olduğu iddianızda da yalan danışırsınız. Şüb­həsiz ki, Allah­dan başqa ibadət etdik­lə­ri­niz bütlər, sizə ru­zi vermə­yə qadir deyil­lər. Elə isə ruzini yalnız bol-bol ruzi verən Allahdan di­ləyin, tək Ona iba­dət edin və sizlərə bəxş etdiyi nemətlərə görə də Ona şükür edin. Siz Qiyamət günü haqq-hesaba çəkilmək və etdiyiniz əməllərin əvəzini almaq üçün bütlərin hüzuruna deyil, əksinə, yalnız Allahın hüzuruna qay­tarılacaqsınız!"