Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-'Ankabut — Ayah 20

قُلۡ سِيرُواْ فِي ٱلۡأَرۡضِ فَٱنظُرُواْ كَيۡفَ بَدَأَ ٱلۡخَلۡقَۚ ثُمَّ ٱللَّهُ يُنشِئُ ٱلنَّشۡأَةَ ٱلۡأٓخِرَةَۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ ٢٠
Ey Peyğəmbər! Öldükdən sonra yenidən dirilməyi yalan hesab edənlərə belə de: "Yer üzünü gəzib do­laşın və Allahın məxluqatı ilk dəfə ne­cə yoxdan var etdiyini bir düşünün. Allah, insanları öldürdükdən sonra etdikləri əməllərin hesabını vermək üçün onları ikinci dəfə dirildərək yenidən həyata qaytaracaqdır. Həqiqətən Allah hər şeyə qadirdir. Onu heç bir şey aciz edə bilməz. İnsanları ilk dəfə yoxdan var edərək yaratması Onu aciz etmədiyi kim, insanlar öldükdən sonra onları yenidən yaratması da Onu aciz etməz!