Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-'Ankabut — Ayah 29

أَئِنَّكُمۡ لَتَأۡتُونَ ٱلرِّجَالَ وَتَقۡطَعُونَ ٱلسَّبِيلَ وَتَأۡتُونَ فِي نَادِيكُمُ ٱلۡمُنكَرَۖ فَمَا كَانَ جَوَابَ قَوۡمِهِۦٓ إِلَّآ أَن قَالُواْ ٱئۡتِنَا بِعَذَابِ ٱللَّهِ إِن كُنتَ مِنَ ٱلصَّٰدِقِينَ ٢٩
"Doğrudanmı siz, şəhvətinizi ödəmək üçün kişi­lərə arxalarından yaxınlaşır, müsafirlərin namusuna toxunmaq məqsədi ilə yol kəsir, onlara qarşı etdiyiniz bu çirkin əməlinizin üzündən insanlar sizin olduğunuz torpaqlardan keçə bilmir və məclislə­ri­nizdə çılpaq olmaq və yanınızdan keçənlərə söz və əməllə əziyyət vermək kimi bir-bi­rininizə qarşı murdar işlər görür­sü­nüz?" Lutun onlara bu çirkin əməli qadağan etməsindən sonra qöv­münün ona ca­vabı isə ancaq belə de­mə­kdən başqa bir şey olmadı: "Əgər doğru danışanlardansansa, elə isə bi­zi hədələdiyin Allahın əza­bını gətir görək!"