Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-'Ankabut — Ayah 38

وَعَادٗا وَثَمُودَاْ وَقَد تَّبَيَّنَ لَكُم مِّن مَّسَٰكِنِهِمۡۖ وَزَيَّنَ لَهُمُ ٱلشَّيۡطَٰنُ أَعۡمَٰلَهُمۡ فَصَدَّهُمۡ عَنِ ٱلسَّبِيلِ وَكَانُواْ مُسۡتَبۡصِرِينَ ٣٨
Biz həmçinin, Hud qövmü Adı və Saleh qövmü Səmudu da məhv etdik. Ey Məkkə əhli! Hicrdə və Hədrəmövtdəki Şəhr diyarında onların həlak olduqlarını göstərən məskən­ləri si­zə açıq-aydın bəllidir. Boş qalmış yurdları da buna şahidir. Şeytan onlara etdikləri küfr və s. günah əməlləri gözəl göstə­rib, onları doğru yoldan azdırdı. Halbuki onlar, peyğəmbərlərinin özlərinə öyrətdiklərindən - haqqı zəlalətdən, doğrunu isə azğınlıqdan ayıra bilən kimsələr idilər. Lakin onlar nəfslərinin istəklərinə tabe olmağı, haqqa tabe olmaqdan üstün tutdullar.