Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-'Ankabut — Ayah 6

وَمَن جَٰهَدَ فَإِنَّمَا يُجَٰهِدُ لِنَفۡسِهِۦٓۚ إِنَّ ٱللَّهَ لَغَنِيٌّ عَنِ ٱلۡعَٰلَمِينَ ٦
Kim nəfsini, Uca Allaha itaət etməyə və günahlardan uzaqlaşmağa sövq edərək bu yolda Allah üçün cihad edərsə, şübhəsiz ki, o, öz nəsfi üçün çalışıb, cihad etmişdir. Bunun faydası sonda yalnız onun özünə qayıtacaqdır. Çünki Allahın heç bir məxluquna və onların yaxşı əməllərinə ehtiyacı yox­dur. Onların yaxşı əməllərinin Allaha heç bir faydası olmadığı kimi, pis əməllərinin də Ona heç bir zərəri olmaz!