Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Al-'Ankabut — Ayah 61

وَلَئِن سَأَلۡتَهُم مَّنۡ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَسَخَّرَ ٱلشَّمۡسَ وَٱلۡقَمَرَ لَيَقُولُنَّ ٱللَّهُۖ فَأَنَّىٰ يُؤۡفَكُونَ ٦١
Ey Peyğəmbər! Əgər sən o müşriklərdən: “Göy­ləri yaradan kimdir? Ye­ri yaradan kimdir? Bir-birini təqib edən günəşi və ayı ram edən kim­dir?”– deyə soruşsan, onlar mütləq: “Bunları yaradan Allah­dır!”- deyəcəklər. Belə olduğu halda, necə olur ki, onlar tək Allaha iman gətirməkdən üz çevirib, Ondan başqa fayda və ya zərər verməyə qadir olmayan ilahlara ibadət edirlər?!