Məryəm, əri olmadığı halda dünyaya övlad gətirəcəyinə təəccüb edərək dedi: "İstər halal, istərsə də haram yolla mənə bir bəşər toxunmadığı halda necə övladım ola bilər?" Mələk ona dedi: "Allahın sənin üçün atasız uşaq yaratmağın misalı, Onun fövqəladə istədiyi qulu yaratmasının misalı kimidir. O, bir işin olmasını istədikdə, ona yalnız: “Ol!”– deyər, o da olar və heç bir şey Onu aciz edə bilməz".