Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Ar-Rum — Ayah 23

وَمِنۡ ءَايَٰتِهِۦ مَنَامُكُم بِٱلَّيۡلِ وَٱلنَّهَارِ وَٱبۡتِغَآؤُكُم مِّن فَضۡلِهِۦٓۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يَسۡمَعُونَ ٢٣
Gecələr və gündüzlər yorğunluğunu aradan qaldırmaq üçün yatıb dincəlməyiniz də Onun qüdrətinə və vəhdaniyyətinə dəlalət edən əzəmətli dəlillərdəndir. Həmçinin, gündüzü Rəbbinizin verdiyi ruzini axtar­ma­ğınız üçün yaratması da Onun dəlillərindəndir. Həqiqətən, bu deyilənlərdə (haqqı) eşidən və eşitdiyini düşünüb qəbul edən kimsə­lər üçün açıq-aydıın dəlillər var­dır.