Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Luqman — Ayah 12

وَلَقَدۡ ءَاتَيۡنَا لُقۡمَٰنَ ٱلۡحِكۡمَةَ أَنِ ٱشۡكُرۡ لِلَّهِۚ وَمَن يَشۡكُرۡ فَإِنَّمَا يَشۡكُرُ لِنَفۡسِهِۦۖ وَمَن كَفَرَ فَإِنَّ ٱللَّهَ غَنِيٌّ حَمِيدٞ ١٢
Biz Loğmana dini başa düşmək və işlərində doğru qərar vermək qabiliyyəti ver­dik və ona belə buyurduq: “Ey Loğman! Rəbbinin səni Ona itaət etməyə müvəffəq etdiyi üçün Ona şükür et! Kim Rəbbinə şükür edərsə, onun şükrünün xeyri özünə olar. Halbuki Allahın onun şükrünə ehtiyacı yoxdur. Kim də Allahın nemətinə qarşı nankor ol­ar və tərifəlayiq Allaha küfr edərsə, onun küfrünün zərəri öz əleyhinə olar və o, Allaha heç bir zərər toxundura bilməz. Allah Öz yaratdıqlarından heç kəsə möhtac deyildir, hər bir halda Tərifəlayiqdir.”