Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Luqman — Ayah 21

وَإِذَا قِيلَ لَهُمُ ٱتَّبِعُواْ مَآ أَنزَلَ ٱللَّهُ قَالُواْ بَلۡ نَتَّبِعُ مَا وَجَدۡنَا عَلَيۡهِ ءَابَآءَنَآۚ أَوَلَوۡ كَانَ ٱلشَّيۡطَٰنُ يَدۡعُوهُمۡ إِلَىٰ عَذَابِ ٱلسَّعِيرِ ٢١
Allahın tək ilah olması barədə mübahisə edən o kəslərə: “Allahın Öz rəsuluna nazil etdiyi vəhyə tabe olun!”– deyildikdə, onlar: “Tabe olmuruq! Biz ilahlarımıza ibadət etməklə əcdadımızın getdiyi yolu tutub gedəcəyik!”– deyərlər. Əgər şeytan onları - bütlərə ibadət etmək xüsusunda azdırmaqla, Qiyamət günü Cəhənnəm odunun əzabına dəvət edirsə, yenə də əcdadlarının yolu tutub gedəcəklər?!