Azeri Mokhtasar

Multiple Ayahs

Tags

Download Links

Azeri Mokhtasar tafsir for Surah Luqman — Ayah 33

يَٰٓأَيُّهَا ٱلنَّاسُ ٱتَّقُواْ رَبَّكُمۡ وَٱخۡشَوۡاْ يَوۡمٗا لَّا يَجۡزِي وَالِدٌ عَن وَلَدِهِۦ وَلَا مَوۡلُودٌ هُوَ جَازٍ عَن وَالِدِهِۦ شَيۡـًٔاۚ إِنَّ وَعۡدَ ٱللَّهِ حَقّٞۖ فَلَا تَغُرَّنَّكُمُ ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَا وَلَا يَغُرَّنَّكُم بِٱللَّهِ ٱلۡغَرُورُ ٣٣
Ey insanlar! Rəbbiniz­in əmrlərini yerinə yetirib, qadağan etdiklərindən çəkinməklə Ondan qorxun. Valideynin övlada, öv­la­dın da vali­dey­nə heç bir şeylə fay­da verə bilmə­yə­cəyi günün əzabından həzər edin. Hə­qiqə­tən, Allahın Qiyamət günü əməllərin əvəzini verəcəyinə dair və­di haqdır və şübhə yoxdur ki, bu,baş verəcək. Qoy bu fani dün­ya, içindəki zövqü-səfası və əyələncəsi ilə sizi aldatmasın, hiylə­gər şeytan da sizi Alla­hın həlim olması və əza­bını sizdən sovuşdurması ilə tov­la­ma­sın.